Nərimanov rayonunda, Qarabağ küçəsində (keçmiş Çapayev), premium yaşayış kompleksində geniş və komfortlu 3 otaqlı mənzil satışa təqdim olunur!
Mənzil Şərq Bazarı, 177 nömrəli məktəb və Təhsil Nazirliyinin yaxınlığında, əlverişli və prestijli ərazidə yerləşən yeni tikili binadadır.
Ümumi sahəsi geniş və funksional planlaşdırmaya malik olan mənzil tam skvaznoydur (yelçəkəndir). Rahat yaşayış üçün bütün detallar nəzərə alınıb. Mənzil əşyalı şəkildə satılır və əlavə xərc çəkmədən yaşayış üçün əlverişlidir.
Mənzil geniş giriş holundan, işıqlı və geniş qonaq otağından, iki yataq otağından, mətbəxdən, sanitar qovşağından, ayrıca camaşırxanadan və iki eyvandan ibarətdir.
Döşəmə yüksək keyfiyyətli parketlə işlənib. Skvaznoy planlaşdırma sayəsində mənzil gün ərzində təbii işıq və hava axını ilə təmin olunur.
Sənədlər tam qaydasındadır, çıxarış (kupça) mövcuddur. İpoteka ilə alqı-satqı üçün yararlıdır.
Həm komfortlu yaşayış, həm də gələcəkdə dəyərini qoruyacaq daşınmaz əmlak yatırımı üçün əla seçimdir.
Ofis xidmət haqqı: 1% təşkil edir.